...

Yanvarın 9-da Parisdə AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin toplantısı keçiriləcək

Siyasət Materials 17 Dekabr 2005 12:02 (UTC +04:00)

Yanvarın 9-da Parisdə Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə alt komitəsinin toplantısı keçiriləcək. Trend bu barədə AŞ katibliyinə istinadən xəbər verir.

İclasda ATƏT-in Minsk Qrupu həmsədrləri iştirak edəcək. AŞ-nin Dağlıq Qarabağ münaqişəsi üzrə 1416-cı qətnaməsinin 5-ci bəndinin tətbiq olunması məsələsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, qətnamənin 5-ci bəndində deyilir: Assambleya xatırladır ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Nazirlər Şurası münaqişənin sülh yolu ilə nizama salınması üzrə danışıqlara zəmin yaratmaq üçün 1992-ci ilin martında Minskdə konfransın keçirilməsi ilə bağlı Helsinkidə razılıq verib. Ermənistan, Azərbaycan, Belorus, keçmiş Çexiya və Slovakiya Federativ Respublikaları, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və ABŞ bu konfransda iştirak etməyə razılıq verib. Assambleya bu dövlətlərə münaqişənin sülh yolu ilə həlli məqsədilə səylərini gücləndirmək xahişi ilə müraciət edərək onların AŞ PA-dakı milli nümayəndə heyətini hökumətlərinin bu istiqamətdə illik fəaliyyəti haqqında məlumat verməyə dəvət edir. Assambleya bu məqsədlə Bürodan milli nümayəndə heyəti başçılarının də iştirak edəcəyi alt komitə yaratmağı xahiş edir.

Xəbər lenti

Xəbər lenti