...

"Azərbaycanın bəzi qanunvericilk aktlarına əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanunun icrasının təmin olunması barədə prezidentin fərmanı

Siyasət Materials 17 Dekabr 2005 13:19 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi haqqında" 1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun icrasının təmin olunması barədə fərman imzalayıb.

Fərmana əsasən, bu qanunun icrasının təmin olunması məqsədilə "Hərbi qulluqçuların dövlət tərəfindən icbari fərdi sığortası haqqında" "Qanunun tətbiqi barədə" prezidentin 25 iyul 1997-ci il tarixli fərmanının 2-ci bəndinin 4-cü və 5-ci abzaslarından "daxili işlər nazirliyi" sözləri çıxarılsın.

Fərman dərc olunduğu gündən qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti