...

Azərbaycan prezidenti xaricdə gömrük attaşesinin təyin edilməsi haqqında Fərman imzalayıb

Siyasət Materials 17 Dekabr 2005 14:52 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev ölkənin xarici dövlətlərdə Dövlət gömrük komitəsi (DGK) nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Gömrük Komtəsinin sədrinə prezident ilə razılaşdırmaqla DGK-nin funksiyalarının həyata keçirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən dövlətlərdə gömrük attaşelərinin təyin edilməsi səlahiyyəti verilir.

Gömrük attaşelərinin Azərbaycan Respublikasının həmin xarici dövlətlərdə olan səfirliklərinə onların həmin səfirliklərin struktur və ştat cədvəllərinə daxil edilməməsi şərtilə ezam olunması müəyyən edilir. Onlar DGK-yə ayrılmış dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdiriləcək.

Nazirlər Kabinetinə gömrük attaşelərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maliyyə və maddi-texniki təchizat məsələlərinin həll edilməsi tapşırılıb.XİN öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti

Xəbər lenti