...

"Azadlıq" blokunun tərəfdarları "Nərimanov" kinoteatrının qarşısında icazəsiz aksiyalar keçirməyə cəhd edib

Siyasət Materials 18 Dekabr 2005 16:38 (UTC +04:00)
"Azadlıq" blokunun tərəfdarları "Nərimanov" kinoteatrının qarşısında icazəsiz aksiyalar keçirməyə cəhd edib

"Azadlıq" blokunun tərəfdarları "Nərimanov" kinoteatrının qarşısında icazəsiz aksiyalar keçirməyə cəhd edib. Trend in müxbiri bildirir ki, saat 15.10 radələrində təxminən 30 müxalifətçi "Azadlıq", "İstefa", "Təkrar seçkilər" və digər şüarlar səslənləndirməyə başlayıb. Polis aksiyanı dağıdıb, aksiya iştirakçılarından bir neçə nəfər isə saxlanılıb.

Hazırda kinoteatrın qarşısında təxminən 200 nəfər müxtəlif dəstələr şəklində yığışıb, amma ərazini mühasirəyə almış polis onlara şüarlar səsləndirmək və etiraz çıxışları etmək üçün imkan vermir.

"28 may" metrosunun qarşısındakı ərazidə, "Fizuli" meydanında, eləcə də "Sahil" metrosunun yaxınlığında sakitlik müşahidə edilmir. Bu yerlər polis qüvvələrinin nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti