...

Müxalifətçilərdən bir qrupu "N.Nərimanov" metrosunun çıxışı qarşısında aksiya keçirməyə cəhd edib

Siyasət Materials 18 Dekabr 2005 16:47 (UTC +04:00)
Müxalifətçilərdən bir qrupu "N.Nərimanov" metrosunun çıxışı qarşısında aksiya keçirməyə cəhd edib

Müxalifətçilər qrupu (təxminən 15-20 nəfər) dekabrın 18-də saat 15.50 radələrində "N.Nərimanov" metro stansiyasının çıxışı qarşısında aksiya keçirməyə cəhd edib. Trend in müxbiri bildirir ki, icazəsiz aksiyanın iştirakçıları "Təkrar seçkilər", "Parlament seçkilərinin nəticələri ləğv edilsin" və digər şüarlar səsləndirib. Polis aksiya iştirakçılarını yaxınlıqdakı A.Nemətulla küçəsinə sıxışdırıb.İştirakçılardan bir neçə nəfər saxlanılıb.

Qeyd edək ki, "N.Nərimanov" kinoteatrının qarşısındakı meydandan A.Nemətulla və Təbriz küçələrinə hərəkət tamamilə dayandırılıb. Polis qüvvələri həmçinin "N.Nərimanova" parkını əhatə edib, oraya heç kim buraxılmır.

Xəbər lenti

Xəbər lenti