...

Azərbaycanda Rusiya ilinin açılışı ilkin olaraq fevralın 23-nə nəzərdə tutulub

Siyasət Materials 19 Dekabr 2005 12:49 (UTC +04:00)

Azərbaycanda Rusiya ilinin açılışı ilkin olaraq fevralın 23-nə nəzərdə tutulub. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Mustafa Kərimov məlumat verib.

Onun sözlərinə görə, hazırda tədbirin konkret tarixi dəqiqləşdirilir və hələlik onun fevral ayının son ongünlüyundə keçiriləcəyi məlumdur.

Rusiya prezidenti Vladimir Putinin bu mərasimdə iştirak edib-etməyəcəyi ilə bağlı sualı diplomat müsbət cavablandırıb. O bildirib ki, V.Putinin Azərbaycanda Rusiya İlinin açılışında iştirakı planlaşdırılır və yanvar ayında qeyd olunacaq bayramlardan sonra səfərə hazırlıq işləri başlayacaq.

Xəbər lenti

Xəbər lenti