...

AMİP-in fövqəladə qurultayı keçirilə bilər

Siyasət Materials 19 Dekabr 2005 12:54 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) fövqəladə qurultayını keçirə bilər". Bu barədə Trend ə AMİP Mərkəzi Şurasının üzvü Alim Babayev bildirib.

Qeyd edək ki, AMİP sədri Əli Əliyevin son günlər nizamnaməyə zidd addımlar atması ilə əlaqədar partiyanın strukturlarında fikir ayrılığı yaranıb. Partiyanın lideri Etibar Məmmədov məsələlərə aydınlıq gətirməkdən ötrü dekabrın 18-də AMİP rəhbərliyilə qapalı görüş keçirib. Lakin Ə.Əliyev görüşə qatılmaqdan imtina edib.

A.Babayev qeyd edib ki, Ə.Əliyevin görüşə qatılmaması E.Məmmədov başda olmaqla görüşdə iştirak edən partiya rəhbərliyi tərəfindən pis qarşılanıb: "Mərkəzi Şura Əli Əliyevdən hesabat tələb edəcək. Ola bilsin ki, yaxın günlərdə Mərkəzi Şuranın iclası keçirilsin. İclasda onun tutduğu mövqe müzakirə olunacaq".

Mərkəzi Şuranın üzvü onu da bildirib ki, sədrin məlum hərəkətləri ilə bağlı partiyanın fövqəladə qurultayının keçiriləcəyi də istisna olunmur.

Xəbər lenti

Xəbər lenti