...

Pirəli Orucovun məhkəməsinə hazırlıq iclası keçirilib

Siyasət Materials 19 Dekabr 2005 14:11 (UTC +04:00)

Dekabrın 19-da Bakı şəhəri, Yasamal rayon Məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə "Yeni Müsavat" Partiyasının fəalı Pirəli Orucovun və onunla birgə təqsirləndirilən Əli Nehmətovun məhkəməsinə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə Pirəli Orucovun vəkili Aydın Nəzərli məlumat verib.

Hər iki şəxsin cinayət işi üzrə ibtidai istintaq Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsi tərəfindən aparılıb. Pirəli Orucov 11 iyul 2005-ci il tarixdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi Bəhram Şükürova və Azad Azərbaycan Televiziyasının prezidenti Tağı İbrahimova qarşı terrora hazırlıq görməkdə təqsirləndirilərək həbs edilib. Bir neçə güın sonra isə eyni əməllərə görə Əli Nəhmətov da saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə barələrindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət təqdim ediblər. Lakin vəsatət hakim tərəfindən təmin olunmayıb və həbs-qətimkan tədbiri qüvvəsində saxlanılıb.

Tərəflərin məhkəmə heyəti ilə tanışlığından sonra hakim məhkəmə iclasının dekabrın 26-na təyin edilməsi barədə qərarı elan edib.

Xəbər lenti

Xəbər lenti