...

Çinin Azərbaycandakı yeni səfiri sabah Bakıya gəlir

Siyasət Materials 19 Dekabr 2005 16:29 (UTC +04:00)

Çin Xalq Respublikasının (ÇXR) Azərbaycanda yeni təyin olunmuş səfiri Çjan Hayçjou dekabrın 20-də Bakıya gəlir. Bu barədə Trend ə ÇXR-nın Azərbaycandakı səfirliyinin müşaviri Sun Veydun məlumat verib.

Onun sözlərinə görə, Bakıya gəlməsindən bir gün sonra yeni təyin olunmuş səfir Dövlət Protokol İdarəsinin rəhbəri ilə görüşəcək, sonra isə öz etimadnaməsini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edəcək. Prezident İlham Əliyevlə görüşün və etimadnamənin dövlət başçısına təqdim olunmasının tarixi diplomatik kanallarla razılaşdırılır.

Ç.Xayçjou Çinin Azərbaycandakı beşinci səfiridir. Müşavirin məlumatına görə, yeni səfir təcrübəli diplomatdır və Azərbaycanda səfir təyin edilməmişdən əvvəl Çinin XİN-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Dbepartamentinin direktorunun müavini olub. Azərbaycan onun səfir vəzifəsində işlədiyi ilk ölkədir.

Qeyd edək ki, onun sələfi Çan Siyun Azərbaycanda diplomatik missiyasının başa çatması ilə bağlı oktyabrın sonlarında ölkəni tərk edib.

Xəbər lenti

Xəbər lenti