...

Müasir Müsavatın sədr müavini cinayət məsuliyyətinə cəlb olunub

Siyasət Materials 19 Dekabr 2005 17:15 (UTC +04:00)

"Müasir Müsavat Partiyası sədrinin müavini İntiqam Məmmədov barəsində Nərimanov rayonu 18-ci polis bölməsində cinayət işi qaldırılıb". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Hafiz Hacıyev bildirib.

H.Hacyevin sözlərinə görə, İ.Məmmədov dələduzluq etdiyinə, partiyanın adından sui-istifadə edərək Xanlar rayon icra hakimiyyətinin əli ilə saxta yollarla 13 sot torpaq aldığına görə partiya sıralarından qovulub: "Lakin yenidən qərargaha gələrək hay-küy salıb, mühafizə xidmətinin əməkdaşlarına müqavimət göstərib".

Partiya sədri onu da bildirib ki, İ.Məmmədovun barəsində N.Nərimanov rayon 18 saylı polis bölməsində cinayət işi qaldırılıb.

Qeyd edək ki, İ.Məmmədov sədrin maliyyə və iqtisadi məsələlər üzrə müavini olub.

Xəbər lenti

Xəbər lenti