...

Gəncə Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin fəaliyyətə başlamasının 20 ili başa çatdı

Siyasət Materials 19 Dekabr 2005 17:18 (UTC +04:00)

Gəncə Dövlət Universitetin kimya kafedrasında 20 ildən bəri fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin nəzdində yarandığı vaxtdan ötən müddətdə müntəzəm elmi-nəzəri konfranslar, seminarlar və olimpiadalar keçirilir. Hər bir konfrans kimyanın aktual və müasir problemlərinə həsr olunur. Təqdim olunan hər bir məruzə 4-5 saat müddətində dərindən analiz və sintez ediir.

Kimya kafedrasının professoru İsfəndiyar Aslanovun verdiyi məlumata görə, TEC-in indiyə qədər 200 yetirməsi elmi-tədqiqat isləri ilə məşğul olmuş, 5 nəfəri kimya elmlər doktoru kimi həm respublikanın, həm də xarici ölkələrin müxtəlif tədris ocaqlarında kimyaçı professor kimi fəaliyyət göstərirlər.

Kimya elmi üzrə 26 nəfər namizədlik, 40 nəfər magistrlik disertasiyasını əla qiymətlərlə müdafiə etmiş, 1 nəfər magistr təhsilini ABŞ-da davam etdirir. Tələbələrdən 30 nəfəri Təhsil Nazirliyin və Tələbə Elmi işləri üzrə respublika şurasının diplomunu alıb. Təhsil Nazirliyin ən yaxı tələbə tədqiqat işi üçün təsis etdiyi medal ilə 10 nəfər təltif edilib Hal hazırda 20 nəfər magistr müxtəlif mövzuda təhsilini və tədqiqatını davam etdirir.

Universitet rəhbərliyi TEC-in uğurlarını nəzərə alıb bundan sonra jəmiyyətin qalan ixtisasas sahələrini əhatə etməsi barədə də göstəriş verib.

Xəbər lenti

Xəbər lenti