...

Yaponiya hökuməti Azərbaycanda təxminən $278 min büdcəsi olan daha üç layihə gerçəkləşdirəcək

Siyasət Materials 19 Dekabr 2005 17:36 (UTC +04:00)

Dekabrın 21-də Bakıda Yaponiya hökuməti ilə Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) arasında 3 qrant sazişi imzalanacaq. Yaponiyanın Azərbaycandakı səfirliyində Trend ə bildirilib ki, ümumi büdcəsi $277,525 min olan qrant sazişləri Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant proqramı çərçivəsində həyata keçiriləcək.

Sənədləri Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe və Azərbaycanın üç qeyri-hökumət təşkilatının rəhbəri imzalayacaq. Sazişlər aşağıdakı layihələri əhatə edir: Ceyranbatanda və Uludaş kəndində (Qəbələ rayonu) iki məktəb tikintisi, eləcə də Sumqayıtda məcburi köçkünlərin müvəqqəti yerləşdiyi 15 saylı yataqxananın təmiri. Layihələri "Avand" QHT, Norveçin qaçqınlar Şurası və Azərbaycan İcma inkişafının tədqiq, təlim və resurs Mərkəzi gerçəkləşdirir. Səfirliyin məlumatına görə, "Ot kökləri və insan təhlükəsizliyi" proqramı çərçivəsində 2000-ci ildən Azərbaycanda ümumi büdcəsi təxminən $4,6 mln. olan 73 layihə həyata keçirilib. Layihələr Azərbaycanda sosial sahələrin, xüsusilə təhsil, səhiyyə sahələrinin, eləcə də infrastrukturun inkişafına yönəldilib.

Xəbər lenti

Xəbər lenti