...

Azərbaycan Demokrat Partiyası Aydın Quliyev problemi ilə üzləşib

Siyasət Materials 19 Dekabr 2005 17:38 (UTC +04:00)

"Azərbaycan Demokrat Partiyasının (ADP) Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) partiyanın Ali Məclisinin üzvü Aydın Quliyevin fəaliyyətini araşdırır". Bu barədə Trend ə ADP sədrinin müavini Taliyət Əliyev bildirib.

Qeyd edək ki, A.Quliyev partiyanın siyasi kursuna zidd addımlar atdığına və bununla bağlı bir qrup partiya üzvü tərəfindən ADP sədrinin birinci müavini Sərdar Cəlaloğluna edilən müraciətə əsasən İdarə Heyətinin qərarı ilə fəaliyyəti MNTK tərəfindən araşdırılır.

T.Əliyev bildirib ki, MNTK A.Quliyevlə bağlı qərarını gələn həftə açıqlayacaq: "Bu qərara hər bir partiya üzvü hörmətlə yanaşmalıdır".

ADP-nin siyasi aksiyalara hazırlıq şöbəsinin müdiri Zakir Hüseynov isə bildirib ki, S.Cəlaloğluna edilən müraciətdə A.Quliyevin partiya rəhbərliyinin adından istifadə etməsi, müxtləif fikirlər söyləməsi öz əksini tapıb: "O şəxs partiyanın Ali Məclisinin 70 üzvündən biridir. Ancaq söylədiyi fikirlər və tutduğu mövqe Ali Məclisin üzvünün tutduğu mövqeyi ilə uyğunlaşmır".

Bu məsələdən Rəsul Quliyevin də xəbəri olduğunu deyən şöbə müdiri yanvar ayında məsələlərə aydınlıq gətiriləcəyini bildirib.

Onu da bildirək ki, mətbuatda A.Quliyevin tərəfdarları ilə birgə ADP-də çevriliş hazırladığı və Demokratik Azərbaycan Partiyasını yaratmasının planlaşdırdığı bildirilib.

Xəbər lenti

Xəbər lenti