...

Minskdə MDB ölkələrinin daimi nümayəndələri Şurasının iclası keçiriləcək

Siyasət Materials 19 Dekabr 2005 19:29 (UTC +04:00)

Dekabrın 20-də Minskdə MDB üzvü ölkələrinin Birliyin nizamnamə və digər orqanlarında daimi nümayəndələri Şurasının iclası keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcra komitəsində məlum olub.

MDB İqtisadi məhkəməsinin fəaliyyətinin sessiya əsasına keçirilməsi şərtləri ilə işlərinin və onun gələcəkdə təkmilləşdirilməsinin mümkün istiqamətlərinin müzakirəsi nəzərdə tutulur. Söhbət həm də prezident və parlament seçkilərində, eləcə də Birlik dövlətlərində keçirilən referendumlarda MDB-dən olan müşahidəçilər Missiyasının fəaliyyətinin təhlili əsasında müşahidə institutunun təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə olacaq.

Bundan başqa, iclasda 2006-2007-ci illərdə orqanların hesabatlarının və dövlət başçıları Şurası, hökumət başçıları Şurası, xarici işlər nazirləri Şurası, MDB İqtisadi Şurasının qərarlarının yerinə yetirilməsi ilə bağlı MDB orqanları rəhbərlərinin qrafikinin müzakirə olunacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti