...

Məşvərət Məclisinin sədri əlavə seçkilərə qatılmayacaq

Siyasət Materials 20 Dekabr 2005 11:00 (UTC +04:00)

"İqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədri Məmməd Əlizadə parlamentə keçiriləcək əlavə seçkilərə qatılmayacaq". Bu barədə Trend ə M.Əlizadənin özü bildirib.

M.Əlizadə əlavə seçkilərə qatılmayacağının səbəblərini açıqlamaq istəməyib. Yalnız onu bildirib ki, fəaliyyətini Məşvərət Məclisinin və bu qurumda təmsil olan partiyaların təşkilatlanmasına yönəldəcək. Quruma üzv olan 10-dan çox partiya sədrinin əlavə seçkilərdə iştirak edəcəyini bildirən M.Əlizadə yaxın günlərdə onların hansı seçki dairələrində təmsil olunacaqlarının müəyyənləşdiriləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti