...

Gürcüstanın xarici işlər naziri dekabrın 25-nə kimi Bakıya gələcək

Siyasət Materials 20 Dekabr 2005 12:16 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili bu həftənin sonuna kimi Bakıya gələcək. Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 20-də jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze məlumat verib.

Diplomat səfərin işgüzar xarakter daşıdığını qeyd edib və bildirib ki, görüş zamanı qarşılıqlı maraqları əhatə edən məsələlər müzakirəyə çıxarılacaq.

"Hər iki dövlət başçısı arasında artıq üç görüş keçirilsə də, düşünürəm ki, müzakirə olunmalı hələ nəsə var", - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti