...

Azərbaycan və İran prezidentləri Naxçıanda danışıqlar aparıblar

Siyasət Materials 20 Dekabr 2005 12:17 (UTC +04:00)

Azərbaycan və İran prezidentləri - İlham Əliyev və Mahmud Əhmədinecat dekabrın 20-də Naxçıvan Muxtar Respublikasında (NMR) təkbətək görüş keçiriblər. Bu barədə ANS telekanalına istinadən Trend məlumat yayıb.

Görüş Muxtar Respublikanın Ali Məclisinin binasında keçib. Sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Danışıqlarda Azərbaycan tərəfdən Azərbaycan Xarici İşlər, Daxili İşlər, Müdlafiə Nazirliklərinin rəhbərlərinin, "Azəriqaz" QSC-nin prezidenti Əlixan Məlikov və digərləri iştirak ediblər.

Danışıqların gedişində Azərbaycan-İran ikitərəfli münasibətlərinin perspektivləri müzakirə edilib. Müxtəlif sahələrdə, o cümlədən, iqtisadi əməkdaşlığın inkişafından razılıq ifadə olunub. İran qazının NMR-na tədarük olunmasını tərəflər iqtisadi münasibətlər və iqtisadi layihələrin reallaşdırılması baxımından əhəmiyyətli və mühüm hadisə adlandırıblar.

Xəbər lenti

Xəbər lenti