...

Sərdar Cəlaloğlu: "Müsavatın əlavə seçkilərdə iştirak etməklə bağlı qərarına hörmətlə yanaşacağıq"

Siyasət Materials 20 Dekabr 2005 12:39 (UTC +04:00)

"Müsavat Partiyası əlavə seçkilərdə iştirak edəcəkləri ilə bağlı qərar qəbul edərsə, buna hörmətlə yanaşacağıq". Bu barədə Trend ə "Azadlıq" seçki blokunun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

Qeyd edək ki, "Azadlıq" seçki blokunun iki təsisçisi ADP və Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyası əlavə seçkilərdə iştirak etməməklə bağlı qərar verib. Blokun üçüncü təsisçisi Müsavat Partiyasında isə bu məsələ ilə bağlı yekdil qərar yoxdur.

S.Cəlaloğlu bildirib ki, əlavə seçkilərdə iştirak etməklə bağlı blokun vahid qərarı yoxdur: "Partiyalar yalnız ayrı-ayrılıqda bu məsələ ilə bağlı qərar qəbul edir. Ona görə də Müsavatın hansı qərar qəbul edəcəyi onun daxili işidir. Bu qərarın blokun fəaliyyətinə heç bir təsiri olmayacaq".

ADP rəsmisi onu da vurğulayıb ki, Müsavatın əlavə seçkilərdə iştirak etməklə bağlı qəbul edəcəyi qərar blokun parçalanacağı və yaxud da liderlər arasında fikir ayrılığının yaranacağı demək olmayacaq.

Xəbər lenti

Xəbər lenti