...

Cari ildə mənzil oğurluqlarının sayı 22,1 faiz artıb

Siyasət Materials 20 Dekabr 2005 12:41 (UTC +04:00)

Cari ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə mənzil oğurluqlarının sayı 22,1 faiz artıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Digər oğurluq faktları ilə bağlı artım isə 20,5 faiz təşkil edir. Mətbuat xidmətindən o da bildirilib ki, ümumilikdə baş vermiş cinayətlərin sayı isə 16 min 53-dür. Bu da o deməkdir ki, ötən illə müqayisədə cari ildə qeydə alınmış cinayət faktları ümumilikdə 5,9 faiz çoxluq təşkil edir.

Xəbər lenti

Xəbər lenti