...

"Azadlıq" bloku növbəti mitinqinin vaxtını İsa Qəmbər Ukraynadan qayıtdıqdan sonra müəyyənləşdirəcək

Siyasət Materials 20 Dekabr 2005 13:39 (UTC +04:00)

"Azadlıq" seçki bloku növbəti mitinqinin tarixini Müsavat Partiyasının başqanı İsa Qəmbər Ukraynaya səfərdən qayıtdıqdan sonra müəyyənləşdirəcək". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

S.Cəlaloğlu bildirib ki, başqan qayıtdıqdan sonra blokun təsisçilərinin toplantısı keçiriləcək: "Növbəti mitinq-yürüşün tarixi və harada keçiriləcəyi barədə qərar qəbul ediləcək".

ADP rəsmisi onu da bildirib ki, verəcəkləri qərarda yalnız "Qələbə" meydanı nəzərdə tutulacaq. Müsavat Partiyasından bildiriblər ki, İsa Qəmbər dekabrın 21-də vətənə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti