...

Ekologiya Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərindəki qızıl yataqlarında Ermənistan tərəfinin qeyri-qanuni əməliyyatları ilə bağlı dəlil təqdim edəcək.

Siyasət Materials 20 Dekabr 2005 14:50 (UTC +04:00)
Ekologiya Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərindəki qızıl yataqlarında Ermənistan tərəfinin qeyri-qanuni əməliyyatları ilə bağlı dəlil təqdim edəcək.

Azərbaycanın ekologiya və təbii sərvətlər Nazirliyi ölkənin işğal edilmiş ərazilərində yerləşən qızıl yataqlarında Ermənistan tərəfinin apardığı qeyri-qanuni əməliyyatlarla bağlı dəlil göstərilməsi məqsədilə sənədlərin hazırlığını başa çatdırır. Bu barədə Trend ə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistan hökumətinin Azərbaycanın təbii sərvətlərini xarici şirkətlərə satmaqda maraqlı olması barədə məlumata malikdir. "Bizim məqsədimiz aşkar edilimiş faktlar barədə ictimaiyyətin və beynəlxalq təşkilatların məlumatlandırılmasıdır" -deyə o bildirib.

H.Bağırov deyib ki, Azərbaycan qiymətli metal yataqlarının qeyri-qanuni istismarı ilə bağlı Ermənistanı beynəlxalq məhkəməyə verməyə hazırlaşır.

"Bu məsələ yalnız bizim nazirlik səviyyəsində həll edilmir, bu, həm də dövlətin siyasəti ilə bağlıdır" - deyə nazir qeyd edib.

Hazırda Azərbaycan qızıl yataqlarının istismarına dair bir müqavilə imzalayıb. 1997-ci il avqustun 21-də "Azərqızıl" (ləğv edilib, funksiyaları isə İİN-ə verilib) dövlət konserni və R.I. Investment Group Services LLS arasında imzalanmış müqaviləyə əsasən, (51% - Azərbaycan tərəfi, 49% - Amerika) Azərbaycanın ilkin 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis ehtiyatları ilə 9 qızıl yatağının istismarı nəzərdə tutulur. Amma Zəngilan və Kələcər rayonlarında 3 yataq ("Qızılbulaq","Söyüdlü", "Vəcnəli") Ermənistanın işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti