...

Abbasəli Həsənov: Azərbaycan və İran prezidentləri bütün sahələrdə münasibətlərin dərinləşməsi və inkişafı barədə razılıq əldə ediblər

Siyasət Materials 20 Dekabr 2005 18:34 (UTC +04:00)
Abbasəli Həsənov: Azərbaycan və İran prezidentləri bütün sahələrdə münasibətlərin dərinləşməsi və inkişafı barədə razılıq əldə ediblər

İran hökuməti Taxtakörpünün tikilməsi üçün $1 mln qrant ayırıb. Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun Trend verdiyi ekzkluziv məlumata görə, müvafiq sənəd dekabırn 20-də Naxçıvanda Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarovla Manuçöhr Mottaki tərəfindən Azərbaycan və İran prezidentləri İlham Əliyevlə Mahmud Əhmədinicatın göbürüş çərçivəsində imzalanıb.

Səfir iki ölkə rəhbərlərinin energetika sahəsində əməkdaşlıq sahəsində Memorandumun imzalanmasını Azərbaycan və İran rəhbərləri səviyyəsində görüşün daha mühüm anı hesab edir. Səfirin sözlərinə görə, sənədə görə tərəflər energetika sahəsində əməkdaşlığı dərinləşdirəcək və inkişaf etdirəcəklər.

İki dövlət başçıları səviyyəsində aparılan danışıqlara toxunan diplomat bildirib ki, danışıqlarda ikitərəfli əməkdaşlığın bütün aspektlərinə: iqtisadi, humanitar, sosial, elmi və mədəniyyət sahəsində bütün məsələlər müzakirə olunub. Tərəflər Azərbaycanla İran arasında mədəni əlaqələrin inkişafının vacibliyini xüsusi qeyd ediblər və İranda Azərbaycan mədəniyyəti həftəliyinin keçirilməsir barədə razılıq əldə olunub. A.Həsənovun sözlərinə görə, 2006-cı ildə İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti