...

İlham Əliyev Mixayıl Saakaşvilini təbrik edib

Siyasət Materials 20 Dekabr 2005 20:52 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 20-də gürcüstanlı həmkarı Mixayıl Saakaşviliyə zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətində Trend ə bildirilib ki, söhbət zamanı İlham Əliyev Gürcüstan prezidentini oğlunun dünyaya gəlməsi münasibətilə təbrik edib.O, həm də Mixayıl Saakaşviliyə qarşıdan gələn doğum günü ilə əlaqədar təbriklərini bildirib.

Prezidentlər həmçinin Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu bildirib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Xəbər lenti

Xəbər lenti