...

Azərbaycan-Misir hökumətlərarası komissiyasının iclasında 5-ə yaxın saziş imzalanacaq

Siyasət Materials 21 Dekabr 2005 12:16 (UTC +04:00)

Azərbaycanla Misir arasında hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının ikinci iclasında 5-ə yaxın saziş imzalanacaq. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbir dekabrın 25-26-da Qahirədə keçiriləcək. İclas zamanı qabaqcadan hər iki ölkənin ekspertləri tərəfindən razılaşdırılmış təxminən 20 məsələ müzakirə olunacaq. Azərbaycan və Misir arasında kənd təsərrüfatı, ticarət, sənaye, mədəniyyət və s. sahələrdə əməkdaşlığın inkişafı haqqında sazişlərin layihələrinin imzalanması planlaşdırılır.

Bununla yanaşı, hökumətin nümayəndə heyətinin səfəri çərçivəsində Qahirdə hər iki ölkənin işgüzar adamlarının iştirakı ilə biznes-forum keçiriləcək. Forumda birbaşa işgüzar əlaqələrin qurulması imkanları nəzərdən keçiriləcək, kapital qoyuluşunun perspektivləri öyrəniləcək. Bu forumda Azərbaycanın özəl sektorundan 10-15 nəfər nümayəndə iştirak edəcək.

Komissiyanın həmsədrləri Misir tərəfdən xarici əlaqələr naziri xanım Faiza Əbül Naqa, Azərbaycan tərəfdən isə iqtisadi inkişaf naziri Heydər Babayevdir.

Səfər zamanı H.Babayev Qahirədə Misir hökumətinin başçısı və üzvləri ilə bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti