...

Gürcüstanın xarici işlər və energetika nazirləri Azərbaycana səfər edəcək

Siyasət Materials 21 Dekabr 2005 13:27 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili və energetika naziri Nikolas Gilauri Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Hər iki nazir və onları müşayiət edən hökumətin nümayəndə heyəti Bakıya dekabrın 22-də çarter reysi ilə gələcək. Gün ərzində ölkə rəhbərliyi ilə bir sıra ikitərəfli görüşlər keçiriləcək. Azərbaycanın xarici işlər naziri ilə Gela Bejuaşvilinin görüşü nəzərdə tutulub. Gürcüstanın energetika nazirinin isə Azərbaycanın energetika və sənaye naziri Natiq Əliyevlə və AR DNŞ prezidenti Rövnəq Abdullayevlə ayrıca görüş proqramı var.

Görüşlər zamanı hər iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələrinin perspektivləri müzakirəyə çıxarılacaq.

Səfər dekabrın 23-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti