...

Araz Əlizadə: "Sosintern" Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qəbul etdiyi qətnaməni qüvvədə saxlayıb"

Siyasət Materials 21 Dekabr 2005 14:28 (UTC +04:00)

"Sosintern" Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 1994-cü ildə Budapeştdə qəbul etdiyi qətnaməni qüvvədə saxlayıb". Bu barədə Trend ə "Sosintern"ə üzv olan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə dekabrın 16-17-də adıçəkilən qurumun Kiyevdə keçirdiyi toplantının yekunları ilə bağlı açıqlamasında bildirib.

ASDP həmsədri onu da bildirib ki, Kiyevdə keçirilən toplantı "Sosintern"in "MDB və Qafqaz ölkələri" komitəsi tərəfindən təşkil edilib. Toplantıda qəbul edilən iki qətnamədən birinin Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı olduğunu qeyd edib: "Qətnamədə AŞPA-ya tövsiyə olunurdu ki, Azərbaycan nümayəndə heyətinin mandatı əlindən alınsın. Lakin fevralda bu qurumda Dağlıq Qarabağ məsələsinin müzakirə olunacağını əsas gətirib bu bəndi qətnamədən çıxartdırmağa nail oldum".

A.Əlizadə onu da qeyd edib ki, toplantıda iştirak edən ermənilər "Sosintern"in baş katibi Luis Ayaladan Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamənin dəyişdirilməsini təklif ediblər: "Lakin Luis Ayala onlara bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər qətnamə qüvvədə qalacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti