"Yanvarın 15-nə qədər milli azadlıq hərəkatının iştirakçılarının birgə toplantısını keçirmək qərarına gəlmişik". Bu barədə Trend ə Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev bildirib.
O qeyd edib ki, hərəkatda fəal iştirak edən qüvvələr arasında bu istiqamətdə danışıqlar aparılır: "Bu təşəbbüs konkret olaraq heç kimdən gəlməyib. Sadəcə olaraq hərəkatçıların bir-birləri ilə görüşlərində qərara alınıb ki, gələcəkdə əməkdaşlıqlarının formatını müəyyənləşdirmək üçün konfrans keçirsinlər".
MDH lideri bu sıraya Nəsir Ağayev, qazaxlı Alik, Sabir Rüstəmxanlı, Firudin Cəlilov və başqalarının daxil olduğunu bildirib.