...

Yanvar ayından yuvenal ədliyyənin yaradılması ilə əlaqədar proqramın ikinci mərhələsi həyata keçiriləcək

Siyasət Materials 21 Dekabr 2005 18:52 (UTC +04:00)

Yanvar ayından başlayaraq Azərbaycanda yuvenal ədliyyənin yaradılması ilə əlaqədar proqramın ikinci mərhələsi həyata keçiriləcək. Bu barədə Trend ə Uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər Alyansının sədri Nadir Seyidov məlumat verib.

N.Seyidov bildirib ki, Azərbaycanda sırf yetkinlik yaşına çatmayanların işləri ilə məşğul olan ixtisaslaşmış qurumlar yoxdur. Layihənin həyata keçirilməsində məqsəd də bu qurumları yaratmaqdır. Bu məqsədlə sentyabr ayından başlayaraq İsveçrədən, Rusiyadan və Almaniyadan Azərbaycana yuvenal hakimlər dəvət olunub. Onlar yuvenal sahədə tədris bazasının yaradılması üçün hüquqşünaslarımıza təlimlər keçib. Bununla da proqramın birinci mərhələsi başa çatıb.

Yanvar ayından isə proqramın ikinci mərhələsi həyata keiriləcək. Ölkənin rayon polis şöbələrində, istintaq təcridxanalarında, uşaq paylayıcı müəssisələrdə, çətin tərbiyə olunanlar üçün məktəblərdə və peşə müəssisələrində monitorinqlər keçiriləcək.

"Respublikanın 15-dən artıq rayon və şəhərində araşdırma aparılacaq. Bu araşdırmalar nəticəsində Azərbaycanda yetkinlik yaşına çatmayanların qanunla mühakiməsinə dair QHT hesabatı hazırlanacaq. Həmin hesabat ölkə başçısına, müvafiq nazirliklərə və BMT-nin uşaq hüquqları komitəsinə göndərilicək" - deyə N.Seyidov bildirib.

Xəbər lenti

Xəbər lenti