...

Prezident yeddi sərəncam imzalayıb

Siyasət Materials 21 Dekabr 2005 20:10 (UTC +04:00)

Prezident İlham Əliyevin dekabrın 21-də imzaladığı sərəncama əsasən, Mehbalı Həsən oğlu Əliyev Bakı şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Trend xəbər verir ki, prezidentin digər sərəncamları ilə Süleyman Surxay oğlu Mikayılov Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı vəziəfəsindən azad edilərək Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Dövlət başçısının digər sərəncamları ilə İlqar Namaz oğlu Abbasov Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Prezidentin daha iki sərəncamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Xəbər lenti

Xəbər lenti