...

Azadlıq Partiyası yeni qüvvələrdən ibarət birliyin formalaşmasını istəyir

Siyasət Materials 22 Dekabr 2005 11:47 (UTC +04:00)

"Azadlıq Partiyası bir adda iki iddiaçının olduğu mühitdə fəaliyyət göstərə bilməz". Bu barədə Trend ə Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Qeyd edək ki, Azadlıq Partiyası Müsavat Partiyasının başqanı İsa Qəmbərdən ayrılan "Bizim Azərbaycan" blokunun toplantılarında iştirak etməklə bağlı dəvət alıb: "Məqsədləri, gələcək fəaliyyətləri və fikirləri ilə tanış olduqdan sonra qərara gəldim ki, bu mühitdə orada fəaliyyət göstərmək olmaz".

Ə.Oruc bildirib ki, ayrıca bir blok yaratmaq, yeni ideya gündəmə gətirmək istəyirlərsə, əməkdaşlıq haqqında düşünmək olar: "İndiki vəziyyəti təhlil edə bilən, yeni siyasi qüvvələrin meydana çıxmasına mane olmayan qüvvələrin birliyinin tərəfdarıyam", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti