...

Ukraynanın hərbi nümayəndə heyəti Bakıda beynəlxalq aviasiya heyətinin hazırlıq mərkəzinin yaradılması məsələlərini müzakirə edir

Siyasət Materials 22 Dekabr 2005 12:46 (UTC +04:00)

Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) komandanlığının döyüş hazırlığı və ali təhsil müəssisələri üzrə rəis müavini, döyüş hazırlığı rəisi, general-leytenant İqor Romanenkonun başçılıq etdiyi işçi qrup Bakıdadır. Bu barədə Trend UNİAN-a istinadən bildirir.

Ukrayna müdafiə Nazirliyinin mətbuat xidməti İdarəsində bildirilib ki, Ukrayna nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycanın hərbi təyyarəçilərinin Ukrayna mütəxəssislərinin köməyilə Ukrayna HHQ-nin təyyarələrində də hazırlığı, habelə Azərbaycan ərazisində Beynəlxalq aviasiya heyətinin və mütəxəssislərin hazırlığı mərkəzinin yaradılması ilə bağlı tərəflərin mövqeyinin razılaşdırılmasıdır.

Xüsusilə, tərəflər heyətin və mütəxəssislərin hazırlığı üçün mümkün müqavilə layihələrini müzakirə etməyi planlaşdırır. Ukrayna HQ-nin nümayəndələri həmçinin azərbaycanlı həmkarlarını Beynəlxalq aviasiya heyətinin və mütəxəssislərin hazırlığı mərkəzinin yaradılması ilə bağlı real təkliflərlə tanış etməyi planlaşdırır.

Ukrayna hərbçiləri Azərbaycanda olarkən 2005-ci ilin iyulun 7-də Bakıda Ukrayna və Azərbaycanın hərbi qurumlarının nümayəndə heyətləri arasında dövlətlərin aviasiya heyəti və mütəxəssislərinin hazırlığında əməkdaşlıq məsələlərinə dair imzalanmış niyyət Protokolunun yerinə yetirilməsi vəziyyətini təhlil edəcək.

Xəbər lenti

Xəbər lenti