...

Bakı-Njni Novqorod aviareysi Azərbaycanla Rusiya arasında əlaqələrin daha da inkişafına şərait yaradacaq

Siyasət Materials 22 Dekabr 2005 13:12 (UTC +04:00)
Bakı-Njni Novqorod aviareysi Azərbaycanla Rusiya arasında əlaqələrin daha da inkişafına şərait yaradacaq

Bakı-Njni Novqorod aviareysi Azərbaycanla Rusiya arasında əlaqələrin daha da inkişafına şərait yaradacaq. Bu barədə Trend ə Nijni Novqorodda təşkil olunmuş xüsusi mərasimdə AZAL DK-nın Rusiyadakı baş nümayəndəsi Eldar Hacıyev bəyan edib. Onun sözlərinə görə, Nijni Novqorodun Moskva və Sankt-Peterburqdan sonra Rusiya Federasiyasının 3-cü iri şəhəri olmasını və məhz bu şəhərdə çoxlu sayda azərbaycanlının yaşadığını nəzərə alsaq, reysin açılması məqsədəuyğundur.

Bakı-Nijni Novqorod-Bakı aviareysi ilə birinci uçuş dekabrın 21-də saat 12-00-da Beynəlxalq Airbus Industries aviakonserninin istehsalı olan Airbus-319 layneri ilə həyata keçirilib. DK artıq 3 belə təyyarə alıb və bunlar beynəlxalq marşrutlara cəlb edilib.

Öncə AZAL DK-nin Nijni Novqoroda təyyarə reysi var idi, amma dayandırılmışdı. Hazırda bu marşrutla reysləri "Tatarıstan Hava Yolları" həyata keçirir.

"2006-cı ildə AZAL DK Rusiyanın bir sıra şəhərlərinə, xüsusilə Sankt-Peterburq və Samaraya birbaşa reyslər açmağı planlaşdırır", - deyə AZAL-ın nümayəndəsi sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti