...

Azərbaycan prezidenti Azərbaycanın İpoteka Fondu haqqında Əsasnaməni təsdiq edib

Siyasət Materials 22 Dekabr 2005 15:29 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 22 -də Azərbaycan Milli Bankı nəzdində İpoteka Fondu haqqında Əsasnamənin təsdiqi ilə bağlı fərman imzalayıb. Bu barədə Trend məlumat yayıb.

Azərbaycan Milli Bankı nəzdində İpoteka Fondunun maliyyələşdirilməsi mexanizminin yaradılması məqsədilə fondun Əsasnaməsi və İpoteka Fondunun hesabına kreditlərin verilməsi qaydaları təsdiq olunub.

Azərbaycan Milli Bankına 15 gün ərzində İpoteka Fondunun strukturu və ştat cədvəlini təsdiq etmək, 2006-cı ilin sonuna kimi İpoteka Fondunun özəlləşdirilməsi və onun səhmdar cəmiyyətə çevrilməsi barədə təkliflərin hazırlanaraq Azərbaycan prezidentinə göndərilməsi və fərmandan irəli gələn bir sıra məsələlərin həll orlunması tapşırılıb.

Azərbaycanın Maliyyə Nazirliyinə 2005-ci il dövlət büdcəsində İpoteka Fondunun kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin İporteka Fondunun hesağbına keçirilməsi təmin edilməsi tapşırılıb.

Azərbaycanın Nazirlər Kabinetinə 1 ay müddətində ipoteka kreditləri üzrə dövlət güzəştlərinin ayrılması mexanizmini müəyyən etmək və güzəştlərdən istifadə qaydalarını təsdiq etmək, aidiyyətli dövlət orqanları ilə birlikdə ipoteka kreditləri üzrə dövlət güzəştlərindən istifadə etmək hüququ olaq solsial kateqoriyaları müəyyən etmək, İpoteka kreditləri üzrə dövlət güzəştlərinin ayrılması üçün tələb olunan vəsaitin mənbələrini müəyyən etmək, öz səlahiyyətləri daxilində bu Fəromandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fərman dərc olunduğu gündən qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti