...

Fövqəladə Seçki Komitəsi əlavə seçkilərdə iştirak etməyəcək

Siyasət Materials 22 Dekabr 2005 17:24 (UTC +04:00)

"Fövqəladə Seçki Komitəsində (FSK) təmsil olan şəxslər əlavə seçkilərdə iştirak etməyəcəklər". Bu barədə Trend ə FSK-nin rəhbəri, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli bildirib.

Qeyd edək ki, FSK-da 2005-ci il 6 noyabr parlament seçkilərində iştirak edən 500-ə yaxın namizəd təmsil olunub.

M.Mütəllimli rəhbərlik etdiyi komitənin yanvar ayında toplantısının olacağını qeyd edib: "Bu toplantıda komitənin gələcək fəaliyyət istiqamətləri müzakirə ediləcək. Komitənin fəaliyyətinə xitam verilməsi də, fəaliyyətini başqa formatda davam etdirməsi də istisna deyil".

Xəbər lenti

Xəbər lenti