...

İran Azərbaycana strateji tərəfdaşlıq təklif edir

Siyasət Materials 22 Dekabr 2005 17:40 (UTC +04:00)
İran Azərbaycana strateji tərəfdaşlıq təklif edir

Strateji əməkdaşlığı mühüm coğrafi mövqe əsasında inkişaf etdirmək həm ikitərəfli, həm də regional maraqlara uyğundur. Trend bildirir ki, dekabrın 22-də keçirilmiş mətbuat konfransında İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bu barədə bəyan edib.

"Bütün bunlar son nəticədə həm iki xalqın tərəqqisinə, həm də regional sabitliyə və inkişafa xidmət edəcək"-deyə səfir bildirib.

İran və Azərbaycan prezidentlərinin bu yaxınlarda Naxçıvanda apardığı danışıqları şərh edərkən diplomat bildirib ki, tərəflər səmərəli və hərtərəfli məsləhətləşmələr aparıb. Bu danışıqların yekunlarına əsasən energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutan memorandum, eləcə də sərhədyanı Taxta körpünün yenidən qurulmasına 1 mln. həcmində qrantın ayrılmasına dair sənəd imzalanıb. Ə.Süleymaninin sözlərinə görə, tərəflər iki ölkənin energetika sahəsindəki əməkdaşlığının mühüm tərkib hissəsi olan bir çox iqtisadi layihələr həyata keçirəcək. Xüsusilə, Ordubadda enerji mübadiləsini 700-800 meqavattadək artırmağa imkan verəcək elektrik stansiyasının, EÖX-nin inşası nəzərdə tutulur. Ə.Süleymaninin fikrincə, iki ölkənin iqtisadi əməkdaşlığının əsasını məhz energetika sahəsi, o cümlədən enerji ehtiyatlarının nəqli təşkil etməlidir.

Diplomatın fikrincə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin istismara verilməsi mübahisəli yataqlarla bağlı problemlərin həllini sürətləndirə bilər.

Xəbər lenti

Xəbər lenti