...

AMİP sədri bölgələrə səfərlər edir

Siyasət Materials 22 Dekabr 2005 17:44 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev dekabrın 22-də ölkənin şimal bölgəsinə (Siyəzən, Dəvəçi, Quba, Xaçmaz, Xudat rayonları) səfər edib. Bu barədə Trend ə adıçəkilən partiya sədrinin müşaviri Əflatun Quliyev bildirib.

Ə.Quliyev bildirib ki, sədr partiyanın şimal rayonlarında fəaliyyət göstərən təşkilatlarının rəhbərləri və fəalları ilə görüşlər keçirir: "Sədrin səfərinin əsas məqsədi son günlər AMİP daxilində baş verən məlum anlaşılmazlıqlarla bağlı partiyanın rayon təşkilatları fəallarına həqiqəti çatdırmaq, partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və qarşıda duran vəzifələri həll etmək üçün səfərbər olmaqdır".

AMİP rəsmisi onu da vurğulayıb ki, dekabrın sonunadək Əli Əliyevin bölgələrə səfərləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti