...

Tehran Naxçıvandan Bakıya sadələşdirilmiş nəqliyyat dəhlizinin açılması üzrə Azərbaycanın təklifini nəzərdən keçirir

Siyasət Materials 22 Dekabr 2005 19:48 (UTC +04:00)

Tehran Naxçıvandan Bakıya sadələşdirilmiş nəqliyyat dəhlizinin açılması üzrə Azərbaycanın təklifini nəzərdən keçirir. Trend in məlumatına görə,bu barədə dekabrın 22-də İranın Bakıdakı səfiri Əfşar Süleymani mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, İran tərəfi bu layihəyə müsbət yanaşır və hər iki tərəfin çalışacağı belə marşrut mexanizminin hazırlanması niyyətindədir, Başqa sözlə, İran vətəndapşları da paritet əsasda bu marşrutdan istifadə edə bilsinlər. Bu məqsədlə, diplomatın fikrincə, bu məsələnin tezliklə həll olunması üçün ekspertlərdən ibarət nümayəndə heyətinin görüşü təşkil olunmalıdır.

Ə.Süleymani xatırladıb ki, İran prezidentinin Azərbaycana yanvar ayındakı rəsmi səfəri zamanı sərhədyanı rayonların əhalisi üçün sadələşdirilmiş viza rejiminin tətbiqi barədə sənəd imzalanıb. Həmin sənədə görə, sərhədin 45 kilometrliyində yaşayan rayonların sakinlərə 3 aylıq uzunmüddətli viza və İran ərazisində 20 gün qalmaq üçün icazə verilir. 3 gün ərzində təqdim edilməli olan viza ildə 4 dəfə alınacaq. İranın XİN-nin rəhbərinin bu yaxınlarda Bakıya səfəri zamanı Naxçıvanın sakinlərinə ildə 12 dəfə pulsuz vizaların verilməsi üzrə daha bir sənəd imzalanıb.

Xəbər lenti

Xəbər lenti