...

Nizami Cəfərov: "Mədəniyyət sahəsində qəbul edilən qanunların çoxu günün tələblərinə cavab vermir"

Siyasət Materials 23 Dekabr 2005 15:50 (UTC +04:00)

"1995-ci ildən bu yana qədər mədəniyyət sahəsində 12 qanun qəbul edilsə də bunların əksəriyyəti müasir tələblərə cavab vermir". Trend xəbər verir ki, bu barədə Milli Məclisin mədəniyyət komissiyasının sədri Nizami Cəfərov komissiyanın dekabrın 23-də keçirilən iclasında bildirib.

N.Cəfərov qeyd edib ki, mədəniyyət sahəsində olan inkişaf bu qanunlarda əks olunmayıb. Teatr sahəsində problemlərin olduğunu, müsiqinin inkişafında pərakəndəliyin hökm sürdüyünü qeyd edən komissiya sədri "Teatr fəaliyyəti haqqında" qanunun qəbul edilməsinin zəruriliyini vurğulayıb. N.Cəfərov millət vəkili Rəfael Hüseynov tərəfndən "Adlar və soyadlar haqqında" qanun layihəsinin qəbul edilməməsindən də naraht olduğunu qeyd edib.

Komissiyanın iclasında iştirak edən mədəniyyət nazirinin müavini Ədalət Vəliyev "Mədəniyyət haqqında" qanunun 1998-ci ildə qəbul edilməsinə baxmayaraq ancaq günün tələblərinə cavab vermədiyini bildirib.

C.Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Xamis Muradov isə "Mədəniyyət və incəsənət" kanalının açılmasına ehtiyac olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti