...

Parlament 19 qanun layihəsini təsdiq edib

Siyasət Materials 23 Dekabr 2005 15:53 (UTC +04:00)

Milli Məclisin dekabrın 23-də keçirilən növbəti toplantısında 19 qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib. Trend xəbər verir ki, sənədlər arasında "Statistika haqqında" və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunlarına əlavə və dəyişikliklərin edilməsi geniş müzakirələrə səbəb olub.

Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında Saziş Məktubu, Azərbaycan prezidentinin və Bolqarıstan prezidentinin Birgə Bəyannaməsi, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" AR Qanununun tətbiqi ilə əlaqədar "Dövlət qulluqçularının pensiya təminatı haqqında" AR Qanununda dəyişikliklər edilməsi barədə, Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında xəritəçilik sahəsində təhsil, texniki və elmi əməkdaşlıq haqqında saziş və digər qanun layihələri təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti