...

QAT Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinə müraciət edib

Siyasət Materials 23 Dekabr 2005 17:01 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiyanın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Pyotr Burdıkinə müraciət ünvanlayıb. Trend xəbər verir ki, müraciət Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Qafqaz Tədqiqatları Mərkəzinin nümayəndəsi, Rusiyanın Lermantov Komitəsinin həmsədri, Bütün Xristian Müqəddəsləri Qardaşlığının sədri Vladimir Zaxarovun Dağlıq Qarabağ ərazilərinə səfər etməsinə etirazla bağlı olub.

QAT bəyan edib ki, V.Zaxarovun bu hərəkəti beynəlxalq hüquq normalarına, humanist dəyərlərə uyğun deyil. Onun qondarma rejimin rəhbəri, separatçıların lideri Arkadii Qukasyana "Qafqazda sülhü yardım" medalını verməsi iki dövlət arasındakı münasibətlərə, Minsk Qrupunun həmsədri kimi Rusiyanın fəaliyyətinə gölgə salır.

QAT Rusiyanın ölkəmizdəki nümayəndəsindən V.Zaxarovun hərəkətlərinə aydınlıq gətirilməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti