...

Azərbaycan prezidenti AN-140 tipli təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 24 Dekabr 2005 14:25 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev AN-140 tipli təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına, qəza zamanı həlak olmuş Azərbaycan və xarici ölkə vətəndaşlarının ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

AN-100-140 tipli təyyarə dekabrın 23-də saat 22:27-də qəzaya uğrayıb. AZAL DK-ya məxsus Bakı-Aktau reysini yerinə yetirən təyyarə saat 22:19-da Heydər Əliyev adına beynəlxalq hava limanından havaya qalxıb. Bir neçə dəqiqədən sonra təyyarə ilə əlaqə kəsilib və o, radarın ekranlarından itib. Uçuşdan 8 dəqiqə sonra hava limanının operatoruna təyyarənin qəzaya uğraması haqqında siqnal daxil olub. Ciddi qəzanın qarşısını almaq üçün pilotlar yaşayış məntəqəsinin üzərinə düşən təyyarəni dənizə doğru istiqamətləndiriblər.

Xəbər lenti

Xəbər lenti