...

Azərbaycan prezidentinin 44 yaşı tamam olub

Siyasət Materials 24 Dekabr 2005 14:56 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, dekabrın 24-də prezident İlham Əliyevin 44 yaşı tamam olur.

O, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda mıəllim işləmişdir.

1991-1994-cı illərdə özəl biznez sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya mıəssisələrinə rəhbərlik etmişdir.

1994-cu ildən 2003-cı ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şırkətinin

vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir. 2003-cı ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsiilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.

1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyık xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

1999-cı ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin mıavini, 2001-ci ildə sədrin birinci mıavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.2001-2003-cı illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nımayəndə heyətinin rəhbəri olmuşdur.

2003-cı ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin mıavini, AŞPA-nın Bıro ızvı seçilmişdir.

2004-cı ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri ızvı diplomu və AŞPA medalı ilə təltif edilmişdir.

2003-cı il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

2003-cı il oktyabrın 15-də Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cı il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.

Xəbər lenti

Xəbər lenti