...

Baş nazirin birinci müavini Abbas Abbasov Rusiyanın Xarici İşlər nazirliyində danışıqlar aparır

Siyasət Materials 26 Dekabr 2005 13:24 (UTC +04:00)

Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov Moskvada Rusiya Federasiyasının xarici işlər nazirliyində danışıqlar aparır. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Mustafa Kərimov məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın XİN-nin rəsmi nümayəndələri ilə danışıqlarda hər iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunur.

Abbas Abbasov Rusiya Federasiyasında Azərbaycan İlinin təntənəli bağlanış mərasimində iştirak etmək məqsədilə Moskvada olan nümayəndə heyətinə rəhbərlik edir. Tədbirdə, həmçinin, Azərbaycanın Milli Məclisinin vitse-spikeri Valeh Ələsgərovun rəhbərlik etdiyi parlamentin nümayəndə heyəti də iştirak edir. Səfər zamanı parlamentarilər Rusiyanın Dövlət Dumasında görüşlər keçirməyi planlaşdırır", - deyə diplomat qeyd edib.

M.Kərimovun sözlərinə görə, Rusiyada Azərbaycan İlinin bağlanışı ilə əlaqədar təntənəli mərasim Böyük Teatrda keçiriləcək. Rusiyada Azərbaycan İli Azərbaycanın mədəniyyət naziri, xalq artisti Polad Bülbül oğlunun müəllifi olduğu "Məhəbbət və sevgi" baletinin nümayiş etdirilməsi ilə başa çatacaq.

Mərasimdə RF hökumətinin rəsmi şəxsləri, xüsusilə hökumət sədri Mixail Fradkov, hökumət üzvləri, ziyalılar və siyasətçilər, həmçinin, ölkə ictimaiyyətinin rnümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti