...

YES əlavə seçkilərdə iştirak etməklə bağlı qərarını AŞPA-nın qış sessiyasından sonra verəcək

Siyasət Materials 26 Dekabr 2005 17:08 (UTC +04:00)

"Yeni Siyasət" (YES) seçki bloku əlavə seçkilərdə iştirak etməklə bağlı qərarını Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı qərarından sonra verəcək". Bu barədə Trend ə adıçəkilən blokun təsisiçlərindən olan Azərbaycan Ziyalılar Hərəkatının lideri Eldəniz Quliyev bildirib.

E.Quliyev bildirib ki, blokun Koordinasiya Şurasının üzvlərinin toplantısında əlavə seçkilərdə iştirak etmək məsələsi ilə yanaşı "YES"in gələcək fəaliyyət prinsipləri də müzakirə edilib: "Ayrı-ayrılıqda Koordinasiya Şurasının üzvlərinə blokun gələcək fəaliyyət proqramının hazırlamaq tövsiyyə olunub".

E.Quliyev sözügedən iki məsələnin Koordinasiya Şurasının yanvarın ortalarında keçirəcəyi toplantısında müzakirə ediləcəyini bildirib. Blok səlahiyyətlisi onu da vurğulayıb ki, toplantıda nə AMİP sədri Əli Əliyev, nə də partiyanın lideri Etibar Məmmədov iştirak ediblər. Bunun səbəbini isə AMİP sədrinin müşaviri Əflatun Quliyev Trend ə belə açıqlayıb: "Ola bilsin ki, Əli Əliyev üzürsüz səbəbə görə toplantıda iştirak etməyib".

Xəbər lenti

Xəbər lenti