...

Müəmmalı qəzanın şahidi olmuş şəxslər dindirilir

Siyasət Materials 26 Dekabr 2005 17:28 (UTC +04:00)

Dekabrın 24-də Bakı ərazisində baş vermiş müəmmalı qəzanın şahidi olmuş şəxslər dindirilir. Bu barədə Trend ə Azırbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin əməkdaşı Əntiqə Qonaqova məlumat verib.

Həmin şəxslər qəzanın baş verdiyi ərazinin yaxınlığındakı bağ massivlərində yaşayanlardır.

Ə.Qonaqova onu da bildirib ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddə ilə cinayət işi başlanıb. Bu maddə ilə hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının iki və ya daha çox şəxsin ölümünə səbəb olmasıla pozmaya görə məsuliyyət nəzərdə tutulur. İstintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılır.

Qeyd edək ki, Bakı-Oktava reysi ilə uçan AN-140 təyyarəsi H.Əliyev adına Beynəlxalq Hava Limanından havaya qalxandan bir neçə dəqiqə sonra müəmmalı şəkildə qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 5 ekipaj və 18 nəfər sərnişin həlak olub.

Xəbər lenti

Xəbər lenti