...

Bakıya TRACECA çərçivəsində ilk konteyner qatarı gəlib

Siyasət Materials 26 Dekabr 2005 17:33 (UTC +04:00)
Bakıya TRACECA çərçivəsində ilk konteyner qatarı gəlib

Dekabrın 25-də Poti-Bakı-Aktau-Almatı marşrutu ilə hərəkət edən ilk konteyner qatarı Poti limanından Azərbaycanın paytaxtına gəlib. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmiryolu idarəsində (ADDY) bildirilib.

"26 vaqondan ibarət konteyner qatarı reklam aksiyası olacaq. Bunun sayəsində 2006-ı ildən başlayaraq TRASECA dəhlizi ilə yük daşımaları xeyli artırılacaq. Konteynerlərdən biri Qazaxıstana, digəri isə Türkmənistana yola salınacaq, 24-ü Bakıdadır. Qatar müntəzəm olaraq həftədə - iki dəfə reyslər həyata keçirəcək" -deyə ADDY nümayəndəsi bildirib.

Qatarın buraxılışı münasibətilə dekabrın 24-də Potidə mərasim keçirilib. Azərbaycanı mərasimdə ADDY-nin sədri Arif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Bolqarıstan tərəfi Varna və Burqas limanlarının layihəyə qoşulmasında maraqlıdır.

Poti-Bakı-Aktau-Almatı marşrutu layihəsi TRACECA dəhlizinin rəqabətə davamlılığının artırılmasına və birbaşa parom konteyner yüklərinin inkişafına kömək edəcək.

Bu marşrutun cəlbediciliyinin artırılması üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan dəhlizlə konteyner yüklərinin daşınmasında vahid tarifin tətbiqi ilə bağlı razılığa gəlib. 1 ton/km yük üçün tarif $0,022 təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti