...

Azərbaycan prezidenti rayon icra hakimiyyətlərində kadr dəyişikliyi edib

Siyasət Materials 26 Dekabr 2005 18:17 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da Şahin Kərim oğlu Məmmədovun Ağcabədi rayon İcra hakimiyyətinin başçısı təyin olunması haqqında sərəncam imzalayıb. Bundan öncə, Şahin Məmmədov Samux rayon İcra hakimiyyətinin başçısı idi.

Dövlət başçısının digər sərəncamı ilə Tahir Məhərrəm oğlu Quliyev Xızı rayon İcra hakimiyyətinin başçısı təyin edilib. Öncə o, Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının vəzifəsini icra edirdi.

Eyni zamanda prezident İlham Əliyev Fəxrəddin Həsənovu Ağcabədi rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edib.Həmçinin Xudayat Cabbarov Xızı rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbər lenti

Xəbər lenti