...

Kiyevdə GUAM ölkələri gənclərinin birinci beynəlxalq forumu keçirilib

Siyasət Materials 26 Dekabr 2005 19:36 (UTC +04:00)

Kiyevdə GUAM ölkələri gənclərinin üçgünlük "Üçüncü Sektor və onun cəmiyyətin demokratikləşməsi prosesində rolu" adlı birinci beynəlxalq forumu keçirilib. Trend gənclərin Beynəlxalq forumunun mətbuat xidmətinə istinadən bildirir ki, tədbir "Xvilya" ictimai birliyi, "Hüquqi cəmiyyət" ictimai Gənclər təşkilatı və "ASTRA" Dnestryanı ölkə tələbələri Assosiasiyasının təşəbbüsü ilə keçirilir. Forumda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan nümayəndə heyətləri iştirak edib. Forum iştirakçıları arasında vətəndaş cəmiyyətinin gənclər təşkilatlarının nümayəndələrindən başqa, GUAM ölkələri dövlət orqanlarının nümayəndələri də olub.

Forumun iştirakçıları beynəlxalq əməkdaşlığın problemləri və perspektivlərini müzakirə edib. Forum çərçivəsində iclası keçirilən profilli komitələrdə GUAM ölkələrinin maliyyə-iqtisadiyyat, sosial-humanitar və ictimai-siyasi sahələrdə əməkdaşlığının yaxşılaşdırılmasına aid təkliflər işlənib-hazırlanıb. Forum iştirakçıları "GUAM ölkələrinin gənclər Forumu" Beynəlxalq ictimai təşkilatının yaradılması zərurətinə dair qərar qəbul edib. Təşkilatın təsis konfransının GUAM ölkələri gənclərinin 2006-cı ilin fevralında Kişinyovda keçiriləcək ІІ Beynəlxalq Forumu çərçivəsində təşkili planlaşdırılır. UNİAN bildirir ki, təsisat sənədlərinin hazırlanması məqsədilə GUAM-ın hər ölkəsindən üç nümayəndə olmaqla 12 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb.

Xəbər lenti

Xəbər lenti