...

"Neftlə çirklənmə halları ilə mübarizə və hazırlığın təmin edilməsi sahəsində əməkdaşlıq haqqında" konvensiyanın tətbiq edilməsi ilə bağlı səlahiyyətli orqanlar təyin edilib

Siyasət Materials 26 Dekabr 2005 20:56 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da "Neftlə çirklənmə halları ilə mübarizə və hazırlığın təmin edilməsi sahəsində əməkdaşlıq haqqında" (1990-cı il) beynəlxalq konvensiyanın icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Trend bildirir ki, sərəncama əsasən, ekologiya və təbii sərvətlər nazirliyi, həmçinin sənaye və energetika nazirliyi beynəlxalq konvensiyada nəzərdə tutulmuş milli səlahiyyətli orqanlar təyin edilir. XİN-ə Beynəlxalq dəniz təşkilatının baş katibini Azərbaycanda milli səlahiyyətli orqanların təyin edilməsi ilə bağlı xəbərdar etməsi tapşırılıb.

Qeyd edək ki, Azərbaycan həmin konvensiyaya 2004-cü ilin iyunun 18-də müvafiq qanunun təsdiqi yolu ilə qoşulub.

Xəbər lenti

Xəbər lenti