...

Məşvərət Məclisi və "İslahat" seçki bloku təkrar seçkilərə qatılmaqla bağlı toplantı keçirəcək

Siyasət Materials 27 Dekabr 2005 12:39 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisi və "İslahat" seçki bloku dekabrın 28-də təkrar seçkilərdə iştirakla bağlı toplantı keçirəcək. Bu barədə Trend ə adıçəkilən qurumların rəhbəri, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə onu da qeyd edib ki, Məşvərət Məclisi və "İslahat" seçki blokunda təmsil olan partiya sədrləri təkrar seçkilərdə hansı seçki dairələrində təmsil olunacaqları barədə artıq qərara gəliblər: "Ancaq hələlik həmin dairələrin adlarının açıqlanması məsləhət görülmür".

M.Əlizadə onu da vurğulayıb ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı dekabrın 29-da dəyirmi masa keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti